Bakıda keçirilən budo döyüş növləri üzrə beynəlxalq turnir başa çatıb. Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Şimali Kipr, Qırğızıstan, Tacikistan, İraq, Gürcüstan və Əfqanıstandan idmançılar iştirak ediblər.
Yarışın açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.
Azərbaycan Budo Döyüş Növləri Federasiyası tərəfindən səfir Cahit Bağçıya təşəkkür diplomu, Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyup Gökbilenə isə plaket təqdim olunub.
Qeyd edək ki, yeniyetmə, gənc və böyüklər arasında təşkil olunan turnir “fri kontakt”, “full kontakt” və “submission” qaydaları üzrə keçirilib.