Rafael Ağayevin növbəti rəqibinin adına aydınlıq gəldi

Rafael Ağayevin növbəti rəqibinin adına aydınlıq gəldi

Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti rəqibi müəyyənləşib. İdmançımız Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşacaq. Döyüş iyunun 24-də Florida ştatının Mayami şəhərində təşkil olunacaq.

Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib.