Avropada 2022/2023 mövsümünün ən yaxşı futbolçuları açıqlanıb

Avropada 2022/2023 mövsümünün ən yaxşı futbolçuları açıqlanıb

“Goal” nəşri Avropada 2022/2023 mövsümünün ən yaxşı futbolçularının adlarını dərc edib. Siyahıda 21 futbolçunun adı yer alıb. Nəşrin araşdırmasına əsasən, başa çatmaqda olan mövsümün ən yaxşı oyunçusu İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holanndır. İkinci yerdə onun belçikalı komanda yoldaşı Kevin De Bruyne qərarlaşıb.

İlk “üçlüy”ü İspaniyanın “Real Madrid” klubunun forvardı Vinisyus Junior qapayır.