“Dördlər finalı”nın bileti satışa çıxarılıb

“Dördlər finalı”nın bileti satışa çıxarılıb

Xəbər verdiyimiz kimi, voleybol üzrə Çempionlar Liqasının "Dördlər finalı” Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Burhan Fələk voleybol salonunda keçiriləcək yarışın biletləri artıq satışa çıxarılıb. Belə ki, tamaşaçılar turniri birbaşa izləmək üçün ən azı 20 Türkiyə lirəsi ödəməli olacaq. Ən baha biletin qiyməti isə 100 lirədir.
Qeyd edək ki, 1/3 final mərhələsində Kazan "Dinamo”sunu məğlub edən "Rabitə” ölkəmizi bu yarışda təmsil edəcək. Təmsilçilərimiz yarımfinal mərhələsində İtaliya çempionu "Yamamay”la üz-üzə gələcək. Digər cütlükdə isə "Qalatasaray” və "Vakıfbank” qarşılaşacaq.