Bu gün Bakı Su İdman Sarayında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii üzgüçülük üzrə "II Aqua Stars Open" beynəlxalq turnirinə start veriləcək.
Medallar uğrunda 5 ölkənin - Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qazaxıstan, Özbəkistan və Azərbaycanın 12 klubundan 150-yə yaxın idmançısı mübarizə aparacaq.
İki gün davam edəcək yarışın sonunda qaliblərə medallar, diplomlar və xatirə hədiyyələri veriləcək.
Turnirin açılış mərasiminə İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Ğoşeh, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri, idman ictimaiyyəti iştirak edəcək.