Polşada keçirilən üçüncü Avropa Oyunları davam edir. Oyunların beşinci günündə Azərbaycan atıcıları da mübarizə aparıblar. Qadın atıcılarımız Polşada təsnifat mərhələsində çıxış ediblər.
Komandamızın üzvlərindən Regina Meftahəddinova və Nurlana Cəfərova skit növündə mübarizə aparıblar.
R.Meftahəddinova 75 hədəfdən 70-ni, N.Cəfərova isə 67-ni dəqiq nişan alıb.
İyunun 25-də təsnifatın ikinci günündə daha iki dövrədə mübarizə davam edəcək. İlk 8 pillədə qərarlaşacaq idmançılar finala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, bu gün qadınlardan ibarət Azərbaycanın yığması 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada öz qrupunda sonuncu yeri tutaraq, final mərhələsinə adlaya bilməyib.