Azərbaycan komandası III Avropa Oyunlarında növbəti medalını təmin edib. Muay-tay üzrə Azərbaycan millisinin üzvü Xəyal Əliyev (67 kq) dörddəbir finalda Giorgi Kleynə (Gürcüstan) qalib gəlib. Yarımfinala yüksələn idmançımız özü üçün ən azı bürünc medalı təmin edib.