III Avropa Oyunları: badmintonçumuz pley-offda

III Avropa Oyunları: badmintonçumuz pley-offda

Badmintonçumuz Edi Reski Dviçayo Polşada keçirilən III Avropa Oyunlarında kişilərin şəxsi yarışında səkkizdərbir finala vəsiqə qazanıb. Təmsilçimiz G qrupunun ikinci turunda Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə qarşılaşıb. Təmsilçimiz üç set davam edən görüşün yekununda 2:1 (17:21 21:16, 21:9) hesablı qələbə qazanıb. Ardıcıl ikinci qələbə son turun nəticəsindən asılı olmayaraq badmintonçumuza pley-offa vəsiqə qazandırıb.

İdmançımız qrup mərhələsində sonuncu görüşünü iyunun 28-də Ukrayna badmintonçusu Danilo Bosniuka qarşı keçirəcək.