Qadın həndbolçular arasında 2026-cı ildə Avropa çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb. Bu barədə Avropa Həndbol Federasiyası (EHF) qərar qəbul edib.
Qurum hələlik yeni ölkənin adını açıqlamayıb.
Qeyd edək ki, 2022-ci il fevralın 28-də EHF İcraiyyə Komitəsinin qərarına əsasən Rusiya və Belarus komandaları Ukrayna ilə müharibə səbəbindən yarışlardan kənarlaşdırılıb.