XVII Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən atletika yarışları davam edir. Festivalın ikinci günündə daha üç atletimiz mübarizəyə başlayıb. Təmsilçilərimizdən Məhəmməd Şəfiyev nüvə itələmə yarışlarında 14,52 m nəticə ilə final mərhələsindən kənarda qalıb.
Digər idmançımız İlahə Quliyeva isə 400 m məsafəyə qaçış yarışında mübarizə aparıb. Atletimiz 56,47 saniyə nəticə göstərib. Bu nəticə idmançımızın növbəti mərhələyə adlaması üçün kifayət etməyib.
Uzunluğa tullanma yarışında isə Veronika Antropova 5,30 m nəticə ilə final mərhələsinə yüksələ bilməyib.
Xatırladaq ki, bu gün mübarizə aparan Səid Məmmədov 800 m məsafəyə qaçış yarışlarında, Novruz Əsədli isə 100 metr məsafə üzrə qaçışda finala adlaya bilməyib.
Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev atletlərimizin çıxışlarını izləyiblər.