Qadın voleybolçular arasında Çempionlar Liqasında II tura yekun vurulub. Turun son oyun günündə Azərbaycan Super Liqasının ikincisi "İqtisadçı”nın yer aldığı B qrupunda da 1 matç keçirilib.
Belə ki, həmin matçda ilk qarşılaşmalarda məğlub olan "Pyaçentsa” (İtaliya) "Srvena Zvezda”nı (Serbiya) qəbul edib. Matç A seriyasının qalibinin asan qələbəsi ilə yekunlaşıb - 3:0.
Çempionlar Liqası
II tur
B qrupu
"Pyaçentsa” (İtaliya) - "Srvena Zvezda” (Serbiya) - 3:0 (25:18, 25:18, 25:11)