Avstraliya Voleybol Federasiyası 2013-cü ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb. 2 ay öncədən müəyyənləşən siyahıda Azərbaycan Super Liqasında çıxış edən oyunçunun adı da var. Bu, mövsümün əvvəlində "Rabitə”yə transfer olunan Reyçel Rurkdur. O, öz ölkəsinin qadın voleybolçuları arasında hamını qabaqlayıb. İlin yekunlarına həsr olunmuş tədbir Avstraliyada məktəblilərin 30-cu kuboku və liqa finalları günündə - dekabrın 7-də keçiriləcək. Burada "ilin idmançıları”, formal olaraq, təsdiqlənəcək.
Qeyd edək ki, Rurk Azərbaycan çempionunun heyətinə Polşa "Atom”undan gəlib.