Komandamızın rəqibləri qüvvələrini sınayıblar

Komandamızın rəqibləri qüvvələrini sınayıblar


Çempionlar Liqasının qrup mərhələsində "Azəryol”un rəqibi olan "Qalatasaray” Türkiyə çempionatında növbəti oyununu keçirib. İstanbul təmsilçisi "İlbank” klubu ilə qarşılaşıb.

Rəqibimiz əla oyun nümayiş etdirərək qalib gəlib. Belə ki, "Qalatasaray” birinci hissədə 4 top fərqi ilə üstün olub. İkinci hissədə də onlar rəqiblərini məğlub ediblər- 25:18. Üçüncü hissədə də bu hesabla qalib gələn "Qalatasaray” aktinə 3 xal yazdırıb. Nəticədə III turdan sonra xalların sayını 6-ya çatdıran "Qalatasaray” 6-ci pillədədir.
Komandamızın digər rəqibi olan "Yamamay”da İtaliya çempionatında növbəti oyunu keçirib. Busto Arsizo təmsilçisi "Ornavasso” klubu ilə üz-üzə gəlib. Birinci və ikinci hissədə "Ornavasso” komandası 25:17 hesabı ilə qalib gəlib. Ardınca "Yamamay” 25:20 və 25:18 hesabı ilə qələbə qazanıb. Qalib komandanın adını müəyyənləşdirmək üçün klublar tay-brekdə qüvvələrini sınamalı olublar. Bu hissədə isə "Ornavasso” 15:13 hesabı ilə qələbə qazanıb. Təmsilçimizin ÇL-nin qrup mərhələsindəki digər rəqibi "Konegliano” III turda istirahət edib.
Turun yekununa əsasən "Konegliano” 3-cü (6 xal), "Yamamay” (4) isə 6-cı pillədədir. a