Moskvada sovet alpinizminin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Oktyabrın 26-27-də Rusiya Alpinizm Federasiyanın təşkilatçılığı ilə keçirilən mərasimə keçmiş SSRİ ölkələrinin bir çox alpinist təşkilatları dəvət alıblar. Ölkəmizi bu tədbirdə Azərbaycan Alpinizm Federasiyasının (AAF) rəhbəri İsrafil Aşurlı təmsil edib.
Rusiya Alpinizm Federasiyası bu mötəbər tədbir ilə əlaqədar döş nişanı təsis edib. İsrafil Aşurludan əlavə 49 alpinizm veteranı və fəalları bu nişanla təltif ediliblər. Mərasimdə, həmçinin, cari ilin may ayında Everesti fəth edən digər alpinistimiz Murad Aşurlu "Everesti fəth edən” döş nişanı ilə mükafatlandırılıb.