İdmançımızdan növbəti qələbə

İdmançımızdan növbəti qələbə

MMA üzrə peşəkar idmançımız Yüksəl İbrahimov növbəti qələbəsini qazanıb. Döyüşçümüz Slovakiyanın Povajska-Bistritsa şəhərində keçirilmiş “Real Fight Arena” (RFA 12 Free Prelims) turnirində Qırğızıstan cidmançısı ilə qarşılaşıb. O, rəqibinə birinci raundda texniki nokautla qalib gəlib.

Qeyd edək ki, bu, idmançımızın RFA-da ardıcıl ikinci qələbəsidir. Yüksəl İbrahimov peşəkar K-1 və MMA döyüşçüsüdür. 2019-cu ildən etibarən Slovakiyada qaydasız döyüş, boks və kikboksinq üzrə dərs deyir. Eyni zamanda K-1 və MMA üzrə yarışlarda iştirak edir.