Lyudmila Şubina - gülərüz, mehriban Olimpiya çempionumuz
Olimpizm xəbərləri
10.10.2023, 11:53
Azərbaycanın tanınmış həndbolçusu, Monreal-1976 Yay Olimpiya Oyunlarının çempionu Lyudmila Şubinanın oktyabrın 9-da 75 yaşı tamam olub. Uzun illər Azərbaycanda həndbol idman növünün inkişafında bir mütəxxəsis kimi öz bacarığını əsirgəməyən veteran idmançı karyerası ərzində böyük nailiyyətlərə yiyələnib. Onun idmanda göstərdiyi nailiyyətlər həm SSRİ, həm də müstəqillik dövründə dövlət tərəfindən layiqincə qiymətləndirilib. Hazırda “Qarabağ” həndbol klubunun prezidenti kimi fəaliyyət göstərən Lyudmila Şubina Azərbaycan Prezidentinin Sərəncamı ilə 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycan idmanının adını uca tutan idmançıları daim diqqətdə saxlayan və onlarla bağlı maraqlı yazılar hazırlayan “Olimpiya dünyası”nın budəfəki qonağı Lyudmila Şubina oldu. Yubilyarla söhbət zaman maraqlı məqamlara toxunduq. Həmin yazını çoxsaylı oxucularımza təqdim edirik.
“Atamı yaxşı başa düşürdüm” 1948-ci il oktyabrın 9-da Kazan şəhərinin Derbişki qəsəbəsində Eqor və Evdokiya cütlüyünün ailəsində növbəti bir övlad dünyaya gəldi. Çoxuşaqlı və çətin şəraitdə yaşayan ailədə dünyaya gələn bu qız övladı gələcəkdə hamının diqqətini öz üzərinə çəkməyi bacaracaqdı. Lakin maddi vəziyyətin çətinliyi səbəbindən atası Eqor onunla birlikdə digər qardaş və bacılarını Kazanda yerləşən 3 saylı körpələr evinə qoymalı olur. Körpələr evində böyüyən Lyudmila adlı bu balaca qız yaşa dolduqca ilk baxışdan çox gülərüz və mehriban görünməyə başlayır. Lyudmila xanım bu barədə deyir: “Kazandakı körpələr evində böyüsəm də, ata-anamı yaxşı xatırlayıram. Atamı yaxşı başa düşürdüm. O, bu qədər uşağın öhdəsindən gəlib, onları təmin etmək gücündə deyildi. Mən dünyaya gələndə o, artıq birinci qrup əlil idi. Atam Böyük Vətən müharibəsində iştirak edərək, geri dönəndə gözündən ağır yaralanmışdı. Anam isə evdar qadın idi. Bizim sonrakı taleyimiz tamamilə fərqləndi. Hərə bir sahədə yer aldı”.
“Atletika ilə vidalaşıb, həyatımı həndbola həsr etdim”
Lyudmila xanım hələ uşaq yaşlarından idmana böyük həvəs göstərib. Maraqlıdır ki, onun ilk məşğul olduğu idman növü atletika olub. “1955-1965-ci illərdə orta məktəbdə təhsil almışam. Məktəbdə oxuduğum vaxtlarda atletika ilə məşğul olurdum. Görünür, mülləlimlərin rəğbətini və etimadın qazana bilmişdim. Buna görə də həmin vaxt ölkənin məktəblilərdən ibarət yığma komandasında iştirak etmək hüququ qazanmışdım. Lakin həndbola da marağım var idi. Tez-tez bu idman növü üzrə keçirilən yarışlara və məşqlərə tamaşa etməyə gedirdim. Bir müddət keçdi ki, məşqlərə qoşuldum. Orta məktəbi bitirdikdən sonra atletika ilə vidalaşıb, həyatımı həndbola həsr etdim. Bir il sonra Sverdlovsk şəhərinin “Kalinineç” komandasının üzvü oldum. Həmin il komandamız Rusiya çempionu adına layiq görüldü. Qısa zaman ərzində bir sıra komandalardan təkliflər gəldi. Ən gözlənilməzi isə 1968-cı ildə SSRİ-nin gənclərdən ibarət yığma komandasına dəvət olmağım idi. Həmin vaxt sevincimin həddi-hüdudu yox idi. Hər keçən gün karyeramda yüksəliş hiss edirdim. Təhsilim barədə də düşünürdüm. Fürsətdən istifadə edib, sənədlərimi 1969-cu ildə Sverdlovsk şəhərində yerləşən A.S.Popov adına radio texnikumuna təqdim etdim. Həmin il texnikumun radio lokasiya şöbəsinə daxil oldum”.
“Bakı günü-gündən mənə doğmalaşırdı”
Uzun müddət Rusiyada yaşayan Lyudmila Şubinaya tezliklə Bakıdan təklif gəlir. Bununla da gələcəyin Olimpiya çempionunun həyatında Bakı səhifəsi açılır. Həmin anları yubilyar belə xatırlayır. “Texnikumdakı təhsilimi yarımçıq qoyub, Bakıdan gələn təklifə razılıq verdim. Məni buraya, “Spartak” komandasında oynamaq üçün çağırmışdılar. Bakıya gəldikdən sonra yerli insanların necə istiqanlı və mehriban olmasını hiss etdim. Özümü burada yad hesab etmirdim. Bakı günü-gündən mənə doğmalaşırdı. SSRİ yığmasının məşqçi heyəti məni unutmamışdı. Onlar yaxşı bilirdilər ki, növbəti illərdə yığma komandaya çox gərəkli olacağam. Belə ki, 1970-ci ildən etibarən SSRİ yığma komandasının heyətində çıxış edərək, böyük qələblərdə pay sahibi odum. Texnikum təhsilimi yarımçıq qoyduğum üçün bir qədər narahat idim. Qismət oldu ki, mən də 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İstitutuna daxil oldum. Beş illik ali təhsilimi uğurla başa vurdum. “Spartak”la ən böyük uğurlara yiyələndim. Komandamız bir neçə dəfə SSRİ çempionatının gümüş mükafatlarına layiq görüldü. 1969,1980, 1982 və 1984-cü illərdə keçirilən SSRİ çempionatının bürünc, Xalqlar Spartakiadasının gümüş mükafatının sahibi oldum.1973-cü ildə Belqradda təşkil olunan dünya çempionatının bürünc mükafatını qazandım. Beləcə, medal kolleksiyamdakı mükafatların sayı yarışdan yarışa artırdı”.

“Mən doğma şəhərimə, - Bakıya Olimpiya çempionu kimi qayıtdım” Özünü ölkəmizdə doğma hesab edən müsahibimizin ən böyük arzusu Olimpiya çempionu olmaq idi. Böyük və nəhəng idman tədbirində iştirak etmək üçün o, uzun bir yol qət etmişdi. İlk baxışda iddialı və enerjili bir idmançı xarakteri olan Lyudmila xanım öz arzusuna çata bildi. “1976-cı il. Bütün dünyanın diqqəti okeanın o tayına yönəlmişdi. Dünyanın ən güclü idmançıları Olimpiya oyunlarında iştirak etmək üçün Kanadanın Monreal şəhərinə yollanmışdı. Həmin idmançılar arasında mən də var idim. Həndbol üzrə SSRİ yığma komandasından hamı böyük uğur gözləyirdi. Bu isə bizim üzərimizə əlavə məsuliyyət qoyurdu. Həmin vəzifənin öhdəsindən layiqincə gəldik. Mən doğma şəhərimə - Bakıya Olimpiya çempionu kimi qayıtdım. Bu hər bir idmançı üçün ən böyük uğur və nailiyyət hesab olunur. Fəxr edirəm ki, medal kolleksiyamda Olimpiya medalı da var. Göstərdiyim nailiyyətlərə görə, 1976-cı ildə SSRİ-nin Əməkdar idman xadimi fəxri adına layiq görüldüm. Bir il sonra “Əmək əlaçısı”oldum. Olimpiya oyunlarından sonra 1983-cü ildə Avropa Həndbol Federasiyasının kubokuna yiyənləndim”. Ölkəmizdə idmanda göstərdiyi xidmətlərə görə Olimpiya çempionumuza müxtəlif fəxri adlar verilib. Hazırda Lyudmila Şubina Azərbaycanın idman veteranlarından və həndbol üzrə mütəxəssislərindən bir hesab olunur. Fürsətdən istifadə edərək, Lyudmila xanımı 75 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona sağlam və gümrah ömür arzulayırıq. Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası