Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmisi beynəlxalq qurumun Baş Assambleyasında iştirak edib

Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmisi beynəlxalq qurumun Baş Assambleyasında iştirak edib

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) icraçı vitse-prezidenti Fikrət Hüseynov Danimarkanın paytaxtı Kopenhagendə Velosiped Yarışları Təşkilatçılarının Beynəlxalq Assosiasiyasının (AIOCC) Baş Assambleyasında iştirak edib.

Bu barədə AzVİF-dən məlumat verilib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartienin də iştirak etdiyi tədbirin əsas müzakirə mövzusu 2026-cı ildə keçiriləcək şose velosipedi üzrə müxtəlif kateqoriyalı yarışlar olub. Bu turnirlər arasında mayın 10-14-ü aralığında təşkil olunacaq 2.1 kateqoriyalı "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışı da var.

Assambleya zamanı beynəlxalq yarışların keçirilməsi zamanı ortaya çıxan problemlər və onların həlli, təşkilatçılıq təcrübəsinin digər ölkələrdə tətbiqi kimi məsələlər müzakirə olunub, beynəlxalq federasiyanın prezidenti David Lappartienin çıxışı dinlənilib.