Məlumdur ki, "Liverpul" son vaxtlar müxtəlif yarışlarda son 12 oyundan doqquzunda məğlub olub. İngiltərədə yayılan məlumatlara görə, klub rəhbərliyi baş məşqçi Arne Slota hələ də etibar edir. "The Sun" nəşrinin məlumatına görə, Arne Slot işdən çıxarılarsa, "Liverpul" yenidən Yurgen Kloppa müraciət edə bilər. Alman mütəxəssis mövsümü xilas etmək üçün yaya qədər "qırmızılar"ın müvəqqəti baş məşqçisi təyin oluna bilər. Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən 2024-cü ilə qədər "Liverpul"da işləyib.
"Liverpul" yenidən Yurgen Kloppa müraciət edə bilər


