Bir oyunda 17 qırmızı vərəqə 

Bir oyunda 17 qırmızı vərəqə 

Boliviya Kubokunda 1/4 final mərhələsi çərçivəsində cavab oyununda "Real Oruro" - "Bloominq" üz-üzə gəlib.
Olimpnews.az xəbər verir ki, 2:2 bərabərliklə bitən matçın final fitindən sonra meydanda xaos yaşanıb. Vəziyyət o həddə çatıb ki, polis dəyənəklərlə, göz yaşardıcı qazla müdaxilə etməli olub.
17 qırmızı vərəqənin göstərildiyi matçda rəqibinə ümumi hesabda 3:4 hesabıyla qalib gələn "Bloominq" yarımfinala vəsiqə qazanıb.