Yeniyetmələr arasında dama yarışı keçirilib

Yeniyetmələr arasında dama yarışı keçirilib

Lerik şəhər 3 saylı tam orta məktəbdə yeniyetmə oğlan və qızlar arasında dama yarışı təşkil olunub. Turnir Lənkəran-Astara Regional Gənclər və İdman

İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilib.

İdman həvəskarları tərəfindən böyük maraqla qarşılanan yarışda 26 zəka sahibi qalib adı uğrunda mübarizə aparıb. Yarışda fərqlənən idmançılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin medalları təqdim olunub.