Sahib Ələkbərov: “İstəyirik birinci Avropa Oyunları lisenziya xarakterli olsun”

Sahib Ələkbərov: “İstəyirik birinci Avropa Oyunları lisenziya xarakterli olsun”



2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunları ölkəmizin həyatında əlamətdar hadisə olacaqdır.
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
Vitse-prezident hazırda bu məsələ ilə bağlı müəyyən danışıqlar getdiyini bildirib: "İstəyirik həmin oyunlar lisenziya xarakterli olsun. Yəni Avropa Oyunlarında fərqlənən idmançılar 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazansınlar.
S.Ələkbərov onu da qeyd edib ki, gələn il Avropa Oyunlarının hazırlığı geniş vüsət almalıdır. Bu mötəbər yarışda velosipedçilərimiz 3 növ - şose, BMX və mountenbayk üzrə mübarizə aparacaqlar. Qitə Oyunlarının doğma divarlar arasında keçirilməsi idmançılarımızın məsuliyyətini ikiqat artırır.