Futbol üzrə UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində V turun oyunları keçirilir. Türkiyənin “Beşiktaş” klubu da doğma meydanda növbəti oyununu keçirib. “Qara qartallar” D qrupu çərçivəsində Belçikanın “Brügge” klubu ilə üz-üzə gəlib. Oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb -0:5.
Türkiyə təmsilçisi beş oyundan sonra 1 xalla qrupda sonuncu pillədə qərarlaşır. “Beşiktaş” səfərindən böyükhesablı qələbə ilə qayıdan “Brügge” isə 13 xalla qrupa başçılıq edir.