Bu gün parataekvondo üzrə Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçiriləcək Qran-Prinin final mərhələsində çıxış edəcək.
Komandanın heyətində Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) medallar uğrunda mübarizə aparacaqlar. Parataekvondoçular K-44 kateqoriyasında yarışacaqlar.
Qeyd edək ki, turnir Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.