“Söz verirəm” Kampaniyası Goranboyda

“Söz verirəm” Kampaniyası Goranboyda

Olimpizm xəbərləri

02.12.2023, 00:15

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkil etdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində Goranboy Olimpiya İdman Kompleksində kampaniya təşkil edilib.

ACF-in baş katibinin müşaviri Ayan Nəcəf 50-dən çox cüdoçunun iştirakı ilə keçirilən görüşdə uşaqlar ilə maarifləndirici söhbətlər aparıb. Onlara qısnamanın mahiyyəti və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verilib. Tədbir zamanı idmançılar müzakirələrdə fəal iştirak ediblər.

“Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR