Vladimir Putinə 9-cu dan kəməri verilib

Vladimir Putinə 9-cu dan kəməri verilib



Rusiya Prezidenti Vladimir Putinə Cənubi Koreyada taekvando üzrə 9-cu fəxri dan qardaşlıq mükafatı verilib. Rusiya mətbuatının yazdığına görə, Cənubi Koreyada səfərdə olan Putinə kəmər və mükafatı Dünya Taekvondo Federasiyasının prezidenti Çu Çxon Von təqdim edib.
Rusiya Prezidenti mükafat barədə deyib: «Mən düşünmürəm ki, belə yüksək mükafatı qazanmağa layiqəm. Qardaşlıq rəmzi olaraq, mən belə bir mükafata layiq görüldüm».
Qeyd edək Ki, 9-cu dan mükafatı çox az adama verilib. Bunların arasında ABŞ, İndoneziya, Honduras, İspaniya, Xorvatiya və Pakistanın dövlət başçıları var.