2024-cü ilin yazında Everest zirvəsinin yamaclarında şahmat yarışı keçiriləcək.“Everest 2024” beynəlxalq şahmat turnirinin birinci mərhələsi İsveçrə sistemi üzrə 12 turdan ibarət olacaq. Həmin mərhələ Nepal tərəfdəki Everest baza düşərgəsində təşkil ediləcək. İkinci mərhələ yalnız Everesti dırmaşmağa icazəsi olan alpinistlər üçün keçiriləcək. Birinci mərhələnin ən yaxşı iştirakçıları arasından səkkiz nəfər seçiləcək. İkinci mərhələ (1/4 final, yarımfinal və final) oksigen avadanlığından istifadə edilməklə keçiriləcək. Üç oyunun finalı 8000 metr yüksəklikdə baş tutacaq. Tədbirin Ginnesin Rekordlar Kitabına, Rusiya və Nepalın Rekordlar Kitabına daxil edilməsi planlaşdırılır. Müsabiqənin ümumi mükafat fondu 150 min ABŞ dolları təşkil edəcək. Qalib 4 milyon rubl qazanacaq.
Qeyd edək ki, Everest dünyanın dəniz səviyyəsindən 8848 metr hündürlükdə ən hündür zirvəsidir.