"Vüqar Həşimov Memorialı - 2023” start götürdü

"Vüqar Həşimov Memorialı - 2023” start götürdü

Qəbələdə şahmat üzrə "Vüqar Həşimov Memorialı - 2023” superturnirinə start verilib. Heydər Əliyev Konqres Mərkəzində keçirilən yarışda rapid üzrə ilk 3 turun partiyaları oynanılıb.

İlk turda Rauf Məmmədov Aydın Süleymanlıya qalib gəlib. Digər görüşlər heç-heçə başa çatıb. Boris Gelfand Arjun Eriqaisilə, Şəhriyar Məmmədyarov Riçard Rapportla, Nicat Abasov Yorden Van Forestlə, Vidit Santoş isə Teymur Rəcəbovla heç-heçəyə razılaşıb.

İkinci turda Nicat Abasov rumın Riçard Rapporta, Şəhriyar Məmmədyarov isə Boris Gelfanda qalib gəlib. Arjun Eriqaisi-Rauf Məmmədov, Teymur Rəcəbov-Aydın Süleymanlı, Yorden Van Forest-Vidit Santoş görüşləri heç-heçə ilə başa çatıb.

Üçüncü turda Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıb. Nicat Abasov Boris Gelfanda, Vidit Santoş Riçard Rapporta, Aydın Süleymanlı Yorden Van Forestə qalib gəlib. Şəhriyar Məmmədyarov Arjun Eriqaisəyə uduzub.

Beləliklə, 3 turdan sonra 5 xalı olan Nicat Abasov yarış cədvəlində liderliyə yüksəlib.