Tələbələr arasında Respublika Spartakiadası keçirilib

 Tələbələr arasında Respublika Spartakiadası keçirilib

Orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş XV Respublika Spartakiadası keçirilib.

“Gənclik” Tələbə İdman Cəmiyyətindən verilən məlumata görə, spartakiadaya qızların dama yarışı ilə start verilib. Azərbaycan Pedaqoji Kollecinin idman kompleksində təşkil olunan yarışda 6 komanda iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Kolleci birinci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ikinci, Bakı Texniki Kolleci üçüncü yeri tutub.

Oğlanlar arasında dama yarışında isə 7 komanda qalib adı uğrunda yarışıb. Yekun nəticələrə əsasən Qida Sənayesi Kollecinin komandası birinci yeri tutub. Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci gümüş, Sənaye və Texnologiya Kolleci isə üçüncü yerlə kifayətlənib.