“Gənclik” Tələbə İdman Cəmiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman, Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin birgə təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş XV Respublika Spartakiadası davam edir.
Artıq Spartakiada çərçivəsində keçirilən şahmat üzrə qızlar və oğlanlar arasında yarışlara yekun vurulub. Azərbaycan Dövlət Pedaqoji Kollecinin İdman Kompleksində keçirilən yarışda qızlar arasında 6 komanda qalib adı uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda Sənaye və Texnologiya Kollecinin komandası birinci yerə layiq görülüb. İncəsənət kolleci və Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
7 komandanın iştiak etdiyi şahmat üzrə oğlanlar arasında yarışın qalibi adını isə Bakı Texniki Kollecinin komandası qazanıb. Sənaye və Texnologiya Kolleci ikinci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci isə üçüncü olub.