Şahmat üzrə Dünya Kubokunun qalibi Boris Gelfand Azərbaycan Şahmat Federasiyasının (AŞF) qonağı olub.
AŞF-nin mətbuat xidmətindənverilən məlumata görə, İsrail təmsilçisi gənclərdən və qadınlardan ibarət yığma komandanın üzvləri ilə görüşüb.
Şahmatçıları maraqlandıran suallara cavab verən B.Gelfand zəngin təcrübəsini onlarla bölüşüb.
Qeyd edək ki, Boris Gelfand bir neçə gün əvvəl Qəbələdə keçirilən 9-cu Vüqar Həşimov Memorialında mübarizə aparıb. Uzun illər İsrail millisində çıxış edən qrosmeyster 2009-cu ildə Dünya Kuboku, 2011-ci ildə isə İddiaçılar turnirinin qalibi olub. O, 2012-ci ildə şahmat üzrə dünya çempionluğu uğrunda görüşdə iştirak edib.