
Hollandiyalı baş hakim Ruud Geraetsin idarə etdiyi oyun ABU-nun 28:18 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə görə, təmsilçimiz Çellenc Kuboku turnirinin səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, bu komandalar arasında ilk görüş komandamızın 32:21 hesablı qələbəsi ilə yekunlaşmışdı. Təmsilçilərimizin heyətində ən çox xalı İnarə Yusubova toplamışdı.