Lozannada Regional Rəqəmsal Kommunikasiya və Sosial Media Seminarı keçirilib
Olimpizm xəbərləri
15.12.2023, 17:41
14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü, həmçinin Milli Olimpiya Komitələri Assosiasiyası (MOKA) və Avropa Olimpiya Komitələrinin (AOK) birgə tərəfdaşlığı ilə Lozannada 3-cü Regional Rəqəmsal Kommunikasiya və Sosial Media Seminarı keçirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Avropa, Asiya və Afrika qitəsindən olan 17 MOK nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan Milli Olimpiya Komitəsini beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov və DMS-Azərbaycan şirkətinin icraçı direktoru Tahir Tahirli təmsil edib. Seminarın əsas məqsədi iştirakçı MOK-lara rəqəmsal kommunikasiya və sosial media sahəsində şəbəkələşmə və ən yaxşı təcrübələri paylaşmaq, eyni zamanda Gangwon 2024 Qış Olimpiya Oyunları və Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlıq imkanı yaratmaq olub. Müvafiq sahədə ən son təcrübə və trendləri bölüşmək və oyunlardan əvvəl MOK-lara öz strategiyalarını təkmilləşdirmək üçün seminara ATOS, N3XT Sports və JTA kimi istisaslaşmış şirkətlər də dəvət edilib.
Seminarın ilk günündə ANOC-un baş katibi Qunila Linberq və MOK-un baş katibi Azər Əliyev tədbir iştirakçılarını onlayn formatda salamlayaraq, məqsəd və vəzifələrdən, həmçinin müvafiq sahədə MOK-ların üzərinə düşən öhdəliklərdən və bu sahədə gözləntilərdən danışıblar.
İki gün davam edən seminarda məzmun yaradıcılığı və məhsuldarlıq üçün AI (süni zəka) həlləri, məlumatların təhlili, Olimpiya Oyunlarının rəqəmsal çətinlikləri, Avropa Oyunları, Asiya Oyunları və Avropa Gənclər Olimpiya Festivalıdan ən yaxşı təcrübə və öyrənilmiş dərslər, o cümlədən idmançılara sosial mediada istifadə və sair mövzularında təqdimatlar olub.
Olimpiya Evində təşkil edilən son hissədə iştirakçılara sertifikatlar təqdim edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
Bugün, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
Bugün, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
Bugün, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
Bugün, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
Bugün, 18:36 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
Bugün, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
Bugün, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
Bugün, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
Bugün, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
Bugün, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
Bugün, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
Bugün, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
Bugün, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
Bugün, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
Bugün, 11:40 Cüdo
-
Azərbaycan Kubokunda yeni mövsüm başlayır
Bugün, 11:02 Futbol
-
Messi millidəki karyerasını başa vurdu
Bugün, 10:48 Futbol
-
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
Bugün, 10:34 Boks
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 10:00 Cüdo
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası