Super-liqada növbəti turun oyunları keçirilib

Super-liqada növbəti turun oyunları keçirilib


 Liderlər öz mövqelərini qoruyublar

Voleybol üzrə Azərbaycan Super-liqasında növbəti turun oyunları keçirilib. Voleybol Mərkəzində təşkil olunan ölkə çempionatının birinci oyun günündə "Lokomotiv" "Lokomotiv Biləcəri" komandası ilə üz-üzə gəlib.

Bu görüşdə meydan sahiblərinin asan qələbə qazancağı heç kimdə şübhə doğumurdu. Çünki bu qarşılaşmaya qədər heç bir oyunda qələbə qazana bilməyən qonaqlar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmışdılar. Aktivində 16 xalı olan Cüzeppe Kuçarinin yetirmələri isə 4-cü pillədə yer almışdılar. Məlumat üçün bildirək ki, bu komandalar arasında təşkil olunan birinci görüşdə sevinən tərəf "Lokomotiv" olmuşdu - 3:0. Bu dəfəki oyuna da meydan sahibləri daha fəal başlayıblar. Onlar, müvafiq olaraq, birinci və ikinci hissələrdə rəqiblərini 9 xal fərqi ilə məğlubiyyətə uğradıblar. Üçüncü hissədə də heç nə ilə yadda qalmayan "Lokomotiv Biləcəri" bu dəfə də xalsız qalıb. İkinci oyunda isə "Bakı-Azəryol" "Azərreyl" komandasını sınağa çəkib. Birinci oyunda qələbə qazanan "Azərreyl"in bu görüşdən də qələbə ilə ayrılacağını hamı gözləyirdi. Çünki itirələcək hər hansı bir xal komandanın turnir cədvəlindəki mövqeyini çətinləşdirə bilərdi. Turnir cədvəlinin birinci pilləsində qərarlaşmış "Rabitə" ilə xal fərqini artırmamaq üçün "dəmiryolçular" bu, qarşılaşmaya da fəal başlayıblar. Alessandro Çiappinin yetirmələri birinci hissədə rəqiblərini 9 xal fərqi ilə üstələyiblər. İkinci hissədə isə onlar rəqibinin müqaviməti ilə üzləşiblər. "Xala-xal" pirinsipi ilə keçən bu hissənin sonunda "Azərreyl" sevinən tərəf olub. Üçüncü hissədə rəqibini 2 xal fərqi ilə məğlubiyyətə uğradan "Azərreyl" aktivinə növbəti 3 xal əlavə edib.
Günün son oyun günündə isə "Rabitə" ilə "Telekom" komandası üz-üzə gəlib. XIV tura qədər 28 xalla turnir cədvəlinə başçılıq edən "rabitəçilər" bu qarşılaşmada da üstün oyun nümayiş etdiriblər. Hər üç hissədə rəqibini məğlubiyyətə uğradan Marçello Abbondanzanın yetirmələri qələbə qazanıblar - 3:0 (25:16, 25:14, 25:12). Məlumat üçün bildirək ki, "İqtisadçı" komandası bu tur istirahət etdiyindən mübarizə aparmayıb.
Beləliklə, XIV turdan sonra turnir cədvəlində dəyişiklik olmayıb.

XV tur
22 fevral
15:00. "Lokomotiv" - "Telekom"
17:00. "Bakı-Azəryol" - "Lokomotiv Biləcəri"
19:00. "İqtisadçı" - "Azərreyl"

XIV tur
"Lokomotiv" - "Lokomotiv Biləcəri" - 3:0 (25:16, 25:16; 25:15)
İlk oyun: "Lokomotiv Biləcəri" - "Lokomotiv" - 0:3 (18:25, 20:25, 17:25)

"Bakı-Azəryol" - "Azərreyl" - 0:3 (16:25; 27:29; 23:25)
İlk oyun: "Azərreyl" - "Bakı-Azəryol" - 3:0 (25:17, 25:18, 30:28)

"Rabitə" - "Telekom" - 3:0 (25:16, 25:14, 25:12)
İlk oyun: "Telekom" - "Rabitə" - 0:3 (15:25, 18:25, 18:25)




OQM    S/F      T/FX
1. Rabitə12102  33-11   1079-88331
2. İqtisadçı1192  30-12   989-83926
3. Azərreyl
1082  25-8   822-67224
4. Lokomotiv
1165  24-17   921-84719
5. Bakı-Azəryol
1257  19-24   946-97414
6. Telekom
12210  6-30   657-8656
7. Lokomotiv Biləcəri
12012  1-36   589-9230