Rəqibimiz qalib gəlib

Rəqibimiz qalib gəlib


Çempionlar Liqasında "İqtisadçı” klubunun rəqibi olan "Pyaçentsa” yoxlama matçı keçirib. İtaliya təmsilçisi İsveçrənin "Volero” klubu ilə qarşılaşıb. Apennin yarımadasında keçirilən görüş A seriyasının qalibinin 3:2 (25:18, 20:25, 25:18, 20:25, 15:6) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "İqtisadçı” "Pyaçentsa” ilə ilk görüşünü Bakıda, noyabrın 27-də keçirəcək.