Voleybol Federasiyasında görüş keçirilib
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub. Yeni formalaşan yığmamıza kubalı Silie Tabares Leonardo məşqçilik edəcək. Azərbaycan Voleybol Federasiyasının inzibati binasında yeni baş məqşçi ilə görüş keçirilib. Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse prtezidenti Faiq Qarayev və baş katib Elşən İsmayılov kişi komandasında olan problemlər ilə maraqlanıblar. Görüş zamanı qarşıda duran planlar müzakirə olunub. Tədbirdə qeyd olunub ki, komandamız may ayından etibarən Avroliqa yarışlarına qatılsın, millimiz 2 ay Avropa liqasında iştirak etsin və 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq məqsədi ilə komandamız daha da gücləndirilsin. Bundan başqa, Faiq Qarayev milli komandanın oyunçularının problemlərindən danışıb, komandanın yüksək səviyyədə məşq etməsi üçün hər bir şəraitin yaradılmasını əsas məsələ kimi vurğulayıb. Voleybol Federasiyasının 1-ci vitse prtezidenti bunun üçün lazım olan köməkliyin federasiya tərəfindən göstəriləcəyini bildirib.