Çimərlik voleybolu üzrə müzakirə aparılıb
Voleybol Federasiyasında çimərlik voleybolu ilə bağlı tədbir keçirilib. Çimərlik mövsümünün 3 ay bundan əvvəl bitməsinə baxmayaraq, federasiya 2015-ci ildə paytaxtımızda keçiriləcək I Avropa Oyunlarına hazırlıq məqsədi ilə öz irad və təkliflərini hər zaman bildirir. Federasiyanın baş katibi Elşən İsmayılovun da iştirak etdiyi toplantıda Çimərlik Voleybolunun Nizamnaməsi, müəyyən səbəblərə görə klassik voleyboldan uzaqlaşan ucaboy voleybolçuların çimərlik voleybolu ilə məşğul olması məsələsi müzakirə olunub.Tədbirdə hakimlər briqadasının yaradılması, aşağı yaş qrupları ilə məşq keçəcək məşqçilərin müəyyən olunması və çimərlik voleybolu üçün inkişaf proqramının fedearsiyanın rəyasət heyyətinə təqdim edilməsi üçün tapşırıq verilib.