“Beziers” 3-cü pillədəki yerini qoruyub

“Beziers” 3-cü pillədəki yerini qoruyub

Qadın voleybolçular arasında Fransa çempionatında VIII turun oyunlarına yekun vurulub. Çempionlar Liqasında "Rabitə”nin rəqibi olan "Beziers” klubu "Terville Florange” komandasını qəbul edib. Matç ev sahiblərinin asan qələbəsi ilə yekunlaşıb - 3:0 (25:15, 25:20, 25:18). Bundan sonra aktivindəki xalların sayını 18-ə çatdıran "Beziers” 3-cü pillədəki yerini qoruyub.
Qeyd edək ki, "Rabitə” "Beziers”lə ilk matçı səfərdə oynayaraq, 3:0 hesabı ilə qalib gəlib.