Dünya şöhrətli dietoloq Qabriela Pikok «The Sun» jurnalına verdiyi müsahibədə qocalmanı ləngitməyin və cəmi iki həftə ərzində əhəmiyyətli dərəcədə cavan görünməyin sirlərini bölüşüb.
Mütəxəssisin tövsiyyəsinə görə ilk növbədə şəkəri qida rasionumuzdan çıxarmağı məsləhət görüb. O, bildirib ki, məhz şirin karbohidratlar xroniki iltihabı qidalandırır və orqanizmin qocalmasına aktiv şəkildə kömək edir. Bundan əlavə, qənnadı məmulatlarına həddindən artıq çəkiyə gətirib çıxarır ki, bu da müxtəlif xəstəliklərin inkişafına səbəb olur. Açıq havada aktiv hərəkətin fadasına danışan Qabriela bildirib ki, temperatur dəyişiklikləri hüceyrələrin bərpasına müsbət təsir edir. Buna görə də o, sərin havada çöldə idman etmək, hər gün duş qəbulu vacibdir.
Üçüncü mühüm qayda A, C və E vitaminləri ilə zəngin balanslaşdırılmış pəhrizdir. Diyetoloqun sözlərinə görə, məhz bu faydalı üzvi maddələr orqanizmin hüceyrələrinə zərər verən proseslərin neytrallaşdırmağa kömək edir.
Dietoloq həmçinin omeqa-3 və yağ turşuları olan daha çox qida qəbul etməyi, sümük bulyonundan vaxtaşırı istifadəni də məsləhət görüb.
Nəhayət o, düzgün yuxudan da danışıb. Gecə yarısından sonra yatmaq vərdişi orqanizmin qocalma prosesinə mənfi təsir göstərir.