Komandamız EEVZA yarışında

Komandamız EEVZA yarışında

Azərbaycan Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) təşkilatçılığı ilə keçirilən növbəti yarışda mübarizə aparacaqlar. Noyabrın 22-24-də keçiriləcək turnirdə 1995-1996-cı illər təvəllüdlü oğlanlardan ibarət millimiz də gücünü sınayacaq.
Çempionatda komandamızın rəqiblər Estoniya, Latviya, Ukrayna, Rusiya və Belarus yığmaları olacaq. Komandamız birinci oyunda Estoniya millisi ilə qarşılaşacaq. Sonra təmsilçilərimiz Ukrayna yığmasını sınağa çəkəcəklər. İkinci oyun günündə voleybolçularımız ardıcıl olaraq Latviya və Belarus komandaları ilə üz-üzə gələcəklər. Noyabrın 24-də isə komandamız Rusiya millisi ilə qarşılaşacaq.

22 noyabr
12:00. Estoniya - Azərbaycan
13:30. Latviya - Rusiya
15:00. Azərbaycan - Ukrayna
19:00. Latviya - Belarus
20:30. Rusiya - Estoniya
22:00. Belarus - Ukrayına

23 noyabr
12:00. Azərbaycan - Latviya
13:30. Ukrayna - Estoniya
15:00. Rusiya - Belarus
19:00. Estoniya - Latviya
20:30. Azərbaycan - Belarus
22:00. Rusiya - Ukrayna

24 noyabr
12:00. Estoniya - Belarus
13:30. Azərbaycan - Rusiya
15:00. Ukrayna - Latviya

Qeyd edək ki, oyunlara Latviyanın Kuldiqa şəhəri ev sahibliyi edəcək.