Virciniya Universitetinin alimləri belə qənaətə gəliblər ki, zəngli saatla oyanmaq insult, infarkt və ürək-damar xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. Tədqiqatçılar iki gün ərzində qan təzyiqini ölçən smart saatlar taxan 32 iştirakçını müşahidə ediblər. Təcrübənin birinci günü iştirakçılar zəngli saatı qabaqlayaraq oyanıblar. Ikinci gün isə onlar zəngli saatın səsinə oyanıblar. Məlum olub ki, insanı oyandıran ani səs təzyiqə birbaşa təsir edir. Beləliklə, alimlər belə qənaətə gəliblər ki, zəngli saat faydalı ixtiradır, lakin sağlamlığa zərərlidir, ona görə də ondan mümkün qədər az istifadə etmək lazımdır.
Zəngli saat bir sıra xəstəliklərə yol açır