Şahmat üzrə 16-cı dünya çempionu, FİDE reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen müxtəlif onlayn şahmat turnirlərində iştirak edərkən spirtli içki qəbul etdiyini etiraf edib. “Bəli, bəzən spirtli içki qəbul etdikdən sonra onlayn turnirlər oynayıram. Amma bu o demək deyil ki, ciddi turnirlərdə digər şahmatçılara da bunu tövsiyə edirəm. Bu böyük bir riskdir”, – deyə TASS Maqnus Karlsendən sitat gətirib. Qeyd edək ki, dünən Səmərqənddə (Özbəkistan) keçirilən rapid üzrə dünya çempionatında qalib olub. 33 yaşlı qrossmeyster 10 xalla bütün rəqiblərini qabaqlayıb. İkinci yeri sloveniyalı Vladimir Fedoseyev (9,5), üçüncü yeri isə çinli Yu Yangyi (9) tutub. Qeyd edək ki, bu qələbə Karlsenin analoji yarışda 5-ci qələbəsidir. O ötən ilki titulunu qoruyub.
Onlayn turnirlər zamanı spirtli içki qəbul edirmiş