Bu gün voleybol millimiz Ukrayna ilə qarşılaşacaq

Bu gün voleybol millimiz Ukrayna ilə qarşılaşacaq

Polşanın Qojuv-Velkopolski şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən voleybol üzrə 20 yaşadək (U-20) oğlanlardan ibarət millimiz bu gün növbəti oyununa çıxacaq. Komandamızın rəqibi Ukrayna millisi olacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığmamız ötən gün çempionatın ilk oyunu çərçivəsində Estoniya yığmasına məğlub olmuşdu (0:3).

Qeyd edək ki, yanvarın 14-dək davam edəcək çempionat AVRO-2024-ə seçmə xarakter daşıyır. Yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.