Rusiya Prezidenti Vladimir Putin gün ərzində idmana nə qədər vaxt ayırdığını açıqlayıb. Hər bir insanın sağlamlığını qorumaq üçün gündəlik idman etməli olduğunu vurğulayan Putin idmanla məşğul olanların sayının cəmiyyətin inkişafının ən mühüm göstəricilərindən biri olduğunu qeyd edib. “Mən hər gün ən azı iki saat idman edirəm. Hərdən olur ki, bu vaxt artır. İdman zalı, hovuz və duş bütün bunlar birlikdə iki saat yarıma çatır. Hər bir insan idmana vaxt ayırmalıdır - deyə RİA Novosti Putinin sözlərindən sitat gətirib.
Rusiya Prezidenti günün iki saatını idmana ayırır