Yanvarın 13-də qadın voleybolçular arasında Azərbaycan çempionatında ikinci dövrə çərçivəsində 8-ci turun son oyunu keçiriləcək.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, meydana “Gəncə” və UNEC komandaları çıxacaq.
Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən “Gəncə” klubu bu dəfə rəqibini Tovuz OİK-də qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.
Qeyd edək ki, “Azərreyl” 19 xalla turnir cədvəlinə liderlik edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-cidir. Aktivində xalı olmayan UNEC isə sonuncu pillədədir.