Azərbaycan Elektron İdman Növləri Federasiyasının dəstəyi ilə “GMT Esports” təşkilatının nəzdində yaradılan “GMT Arena”nın açılışı olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva iştirak ediblər.
Nazir arenaya baxış zamanı elektron idman növlərinin fəaliyyəti, gələcək planlar barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb və müvafiq tövsiyələr verib. Qeyd olunub ki, zalın açılışında əsas məqsəd elektron idman növünün inkişafı və gənclərin asudə vaxtının səmərəli keçirilməsini təmin etməkdir.