Azərbaycan Voleybol Federasiyası uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi məqsədilə bölgələrə səfərləri davam etdirir.
Federasiya nümayəndələri bu məqsədlə yanvarın 16-17-də Masallı və Şirvan Olimpiya İdman komplekslərində olublar. AVF nümayəndələri burada voleybolla məşğul olan uşaqların məşqini izləyiblər. Mütəxəssislər idmançılara voleybol haqqında ətraflı məlumat verib, müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatını aparıblar.