Kişi voleybolçular arasında Azərbaycan çempionatında 9-cu turun oyunu keçirilib.
Gənclər və idman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyunda MOİK və “Azərreyl” komandaları üz-üzə gəlib. Görüş “Azərreyl”in 3:0 (10:25, 11:25, 22:25) hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, turnir cədvəlinə liderlik edən “Azərreyl" xallarının sayını 18-ə (6 qələbə) çatdırıb. “Murov Az Terminal”ın 15 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 13 (4 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
Qeyd edək ki, Azərbaycan çempionatının turnir cədvəlində yerlər komandaların qələbə sayına görə müəyyənləşir. Qələbə sayı bərabər olduqda xallar, xallarda bərabərlik olarsa, setlərin, topların nisbəti, burada da bərabərlik olarsa komandaların şəxsi oyunları nəzərə alınır.