“Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 24 mart tarixli 39 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRAR

“Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 24 mart tarixli 39 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRAR

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 24 mart tarixli 39 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 3, maddə 171 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Adı və 1-ci hissə üzrə:

1.1. “Olimpiya” sözündən sonra “və Paralimpiya” sözləri əlavə edilsin;

1.2. “və” sözü vergül işarəsi ilə əvəz olunsun və “məşqçilərinə” sözündən sonra “, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları” üzrə:

2.1. adı üzrə:

2.1.1. “Olimpiya” sözündən sonra “və Paralimpiya” sözləri əlavə edilsin;

2.1.2. “və” sözü vergül işarəsi ilə əvəz olunsun və “məşqçilərinə” sözündən sonra “, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə” sözləri əlavə edilsin;

2.2. 1-ci hissə üzrə:

2.2.1. hər iki halda “Olimpiya” sözündən sonra “və Paralimpiya” sözləri əlavə edilsin;

2.2.2. birinci halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və “məşqçilərinə” sözündən sonra “, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə” sözləri əlavə edilsin;

2.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Təqaüd Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların məşqçilərinə, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə yalnız nağdsız qaydada ödənilir.”;

2.4. 3-cü hissədə “əsas heyətin hər bir üzvünə, baş məşqçiyə və komandanın məşqçisinə” sözləri “idmançılara, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə” sözləri ilə əvəz edilsin;

2.5. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Olimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 2 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 1,5 misli məbləğində təqaüd ödənilir.”;

2.6. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Paralimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 1 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 0,5 misli məbləğində təqaüd ödənilir.”;

2.7. 5-ci hissənin ikinci cümləsinə “Olimpiya” sözündən sonra “və Paralimpiya” sözləri əlavə edilsin.

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 18 yanvar 2024-cü il

№ 27