Rəqibimiz tay-brekdə sevinib

Rəqibimiz tay-brekdə sevinib


Qadın voleybolçular arasında İtaliya kubokunun oyunları keçirilib. Yarışın ikinci oyun günündə "Azəryol”un Çempionlar Liqasındakı rəqibi "Yamamay” "Kasalmaqqiore” klubu ilə üz-üzə gəlib. Busto Arsizoda keçirilən qarşılaşma ev sahiblərinin çətin qələbəsi ilə yekunlaşıb. Belə ki, birinci hissədə sevinən tərəf "Yamamay” klubu olub. Lakin onlar ikinci hissədə bu uğurun davamını gətirə bilməyiblər. Rəqib bu dəfə dəqiq oynayaraq qalib gəlib. Lakin "Yamamay” üçüncü hissədə yenidən üstünlüyə yiyələnib. Dördüncü hissə isə daha maraqlı keçib. Xala-xal prinsipi ilə keçirən hissədə bu dəfə "Kasalmaqqiore” klubu qələbə qazanıb. Beləliklə, qalibi müəyyən etmək üçü komandalar tay-brekdə qüvvələrini sınamalı olublar. Bu hissədə isə "Azəryol”un ÇL-də rəqibi olan "Yamamay” 15:6 hesabı ilə meydanı qələbə ilə tərk edib - 3:2 (25:14, 22:25, 25:21, 26:28, 15:6).