Yüksək Liqada X turun oyunları keçiriləcək

Yüksək Liqada X turun oyunları keçiriləcək

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında X turun oyunları keçiriləcək.

“Olimpnews.az” xəbər verir ki, Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində təşkil olunacaq yarışda “Murov Az Terminal” və “Gəncə” klubları üz-üzə gələcək. Görüş saat 17:00-da start götürəcək.

Turun digər matçı isə “Milli Aviasiya Akademiyası” ilə UNEC komandaları arasında olacaq. UNEC-in idman zalında oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Tura yanvarın 25-də “Abşeron” - “Azərreyl” matçı ilə yekun vurulacaq.GİN-in Voleybol Mərkəzində təşkil olunacaq oyunun start fiti saat 18:00-da veriləcək.

Bu qarşılaşma ilə Yüksək Liqada II dövrə başa çatacaq.